DERMATOLOGİYA
Ümumi Məlumat

Dermatologiya — dərinin struktur quruluşu və funksiyalarını normada və hər hansı bir patalogiya zamanı müəyyən edərək, dəri xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahədir.

Dəri xəstəliklərinin əmələ gəlmə səbəbləri müxtəlif mənşəlidir. Dərimiz hər zaman xarici mühit faktorlarının təsirinə məruz qalır (bakteriyalar, viruslar, ibtidailər, göbələklər və s.). Digər tərəfdən dəri daxili orqanlarla da sıx əlaqədədir. Buna görə də daxili orqanların hər hansı bir xəstəliyi dəriyə də təsir göstərə bilər.

Dəri xəstəliklərinin kliniki əlamətlərini bir neçə qrupa ayırmaq olar:

  • Orqanizm tərəfindən meydana çıxan simptomlar (bədən temperaturunun yüksəlməsi, ümumi zəiflik, immunitet azalması və s.)
  • Subyektiv dəri əlamətləri (dərinin həssaslığının artması və ya azalması, qaşınma, dartılma, ağrı və s.)

Modern Hospitalda fəaliyyətdə olan Dermatologiya bölümündə müxtəlif növ xəstəliklərin müalicəsi aparılmaqdadır. Bunlardan bəziləri: alergik dəri xəstəlikləri, hiperhidroz, behçet xəstəliyi, cinsi yolla keçən dəri xəstəlikləri, dəri infeksiyaları, dəri törəmələri, dərman reaksiyaları, sədəf xəstəliyi, saç xəstəlikləri, dırnaq xəstəlikləri, qurdeşən, vitiligo, yağ toxumaları xəstəlikləri və yanıqlar kimi xəstəliklərin müalicəsi üzrə xidmət göstərməktədir.

Sualınız var?
  • Sızanaq (Akne)
  • Pullu dəmrov (Psoriaz)
  • Pediatrik dermatologiya
  • Uşaq dəri xəstəlikləri
  • Cinsi yolla keçən zöhrəvi xəstəliklər (Venerologiya )
  • Dərinin allergik xəstəlikləri (Övrə, atopik dermatit, urikaria)
  • Hər növ dırnaq xəstəlikləri
  • Revmatizmal dəri xəstəlikləri (Qırmızı qurdeşənəyi)
  • Pemfiqus və pemfiqoidlər
  • Dəri xərçəngi (Melanom)
  • Xallar və törəmələr
  • Ət xalları və papillomalar
  • Açıq yaralar
  • Daxili xəstəliklər və dəri
  • Ocaqlı alopesiyalar
  • Dermatit
  • Ekzema
  • Neyrodermit
  • Kuperoz (damar ulduzcuqları, teleangioektaziyalar)
  • Dərinin virus xəstəlikləri (herpesviruslu infeksiyalar, VPÇ)
  • Dəri, saç və dırnaqların göbələk xəstəlikləri (mikrosporiya, trixofitiya, onixomikoz)
  • Dərinin irinli xəstəlikləri (piodermiya)
  • Vitiligo
  • Saç tökülməsi (ocaqlı, androgen)
  • Əlvan dəmirov
  • Eksudativ diatez
  • Frunkulyoz
  • Dərinin və başın tüklü hissəsinin parazitar xəstəlikləri
  • Ziyil və döymələr
  • Papillomaların, kondilomaların demodeks, kontaqioz moluskların ləğv edilməsi
  • Dərinin zoonoz infeksiyaları
  • Dərinin piqment dəyişiklikləri (hamiləlik, günəş)
  • Saç tökülməsinin səbəblərinin araşdırılması və müalicəsi
  • Hədsiz tüklənmə səbəblərinin araşdırılması və müalicəsi
  • Lazer epilyasiya
  • Hiperhidroz müalicəsi
  • Kosmetoloji dermatologiya xdimətləri
  • Dəri ləkələrinin müalicəsi
  • Anti agee xidmətləri
  • Papillomaların, kondilomaların ləğv edilməsi
  • Dəri testləri (kontakt dermatitlərdə)
  • İntralezional (səpgidaxili) inyeksiyalar
  • Elektrokoaqulyasiya
  • Patergiya testləri (Behçet xəstəliyi)
  • Dəri və toxumalarda biopsiyalar
  • Psoriaz (hormonal preparatlardan istifadə etmədən, müasir, yüksək effektli dərman və fizioterapevtik müalicə)
  • Həkim-dermatoloqun müayinəsi (anamnezin toplanması, fizki müayinə, dermoqrafizmın təyini)
  • Dermatoskopiya;
  • Laborator diaqnostika üsulları (IFA, bakterioloji, ümumklinik, sitoloji, biokimyəvi, histoloji müayinələr)

Bölümə aid həkimlər