GİNEKOLOGİYA
Ümumi Məlumat

Ginekologiya –  qadın cinsiyyət sisteminin fiziologiyası, xəstəliklərini və bu xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsini öyrənən təbabətin önəmli sahəsidir.

Həkim-ginekoloq, qadın həyatının müxtəlif dövrlərində (uşaqlıq, yeniyetmə və yetkin dövrlərdə) qadın sağlamlığının qorunması məsələləri ilə məşğul olur. Mama-ginekoloq isə hamiləlik və doğuş dövrlərinə nəzarət edir. Ginekoloq qadın cinsiyyət orqanlarının kəskin və xroniki infeksion-iltihabi xəstəlikləri (kalpit, endometrit və s.) uşaqlıq boynu eroziyası, xoşxassəli şiş törəmələri kimi xəstəliklərin müalicə və profilaktikası ilə məşğul olur. Eyni zamanda sonsuzluq və ailə planlaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım edir.

Hospitalımızın Ginekologiya şöbəsində ixtisaslaşmış həkimlərimiz və son texnoloji avadanlıqların istifadəsi ilə pasiyentlərə məmnun qalacaqları xidmət göstərilməkdədir.

Cərrah ginekoloqlarımız tərəfindən qarın nahiyyəsində kəsik aparılmadan, az invaziv ginekoloji laparoskopik əməliyyatlar icra olunur. Eyni zamanda gərəkdiyi təqdirdə, həmçinin pasiyentin seçimindən asılı olaraq açıq əməliyyat aparmaq da mümkündür. Miyomalar, sidik kisəsi, vagina, rektum sallanması, düşməsi, şişməsi daxili qadınlıq orqanı daxil prolapsusu və sidik sızıntısı(sidikqaçırma) ənənəvi üsuldan daha çox az ağrılı laparoskopik üsulla əməliyyat olunur.

Sualınız var?

Cinsi yolla keçən infeksion xəstəliklər

  • Kandidoz
  • Bakterial vaginoz (Qardnerellez)
  • İnsanın papilloma virusu
  • Sifilis
  • HİV
  • Xlamidioz
  • Süzənək
  • Mikoplazmoz (Ureaplazmoz)
  • Trixomoniaz
  • Qenital herpes
  • Sitomeqaliya

İltihabi xəstəliklərin bütün spektri

  • Sistit
  • Uretrit
  • Endometrit
  • Salpingit
  • Kolpit

Uşaqlıq boynu patologiyası

  • Uşaqlıq boynu eroziyası
  • Uşaqlıq boynu polipləri (polipektomiya)
  • Uşaqlıq boynu leykoplakiyası
  • Diaqnostik qaşıma
  • Uşaqlıq boynu patologiyası

Endokrinologiya (neyroendokrin ginekoloji xəstəliklər)

  • Endokrin sonsuzluq
  • Qalxanvari vəzin patologiyası
  • Polikistoz yumurtalıqlar sindromu
  • Hiperprolaktinemiya
  • Adreno-genital sindrom

Menopauza

  • Menopauza (klimaks)
  • Osteoporoz
  • Klimakterik sindrom

Döş vəzilərinin patologiyası

  • Mastopatiya
  • Düyünlü mastopatiya
  • Fibroz-kistoz mastopatiya

Alqodismenoreya, dismenoreya

  • Endometrioz
  • Uşaqlıq mioması

Hamiləliyin pozulmaları

  • Qadın sonsuzluğu

İcra olunan müalicə və əməliyyatlar:

  • Total laparoskopik histerektomiya
  • Laparoskopik supraservikal histerektomiya
  • Endometriozun laparoskopik eksizionu
  • Laparoskopik miyektomiya(fibroidin götürülməsi)
  • Ginekoloji orqanın plastikası
  • Uşaqlıq boynunun konizasiyası
  • Uşaqlığın laparoskopik asılması
  • Labioplastika
  • Uroginekoloji əməliyyatlar
  • Uşaq boynu erroziyasının yandırılması – orqanoplazma
  • Kandilomaların yandırılması
  • Spiralın qoyulması və çıxarılması
  • Histeroskopiya və histerorezektoskopiya
  • Histerosalpinqoqrafiya və hidrotubasiya
  • Uşaqlıq boşluğundan müalicəvi və diaqnostik məqsədlə qaşıntı
  • Polipin götürülməsi (uşaqlıq cismi və uşaqlıq boynu)

Bölümə aid həkimlər