OFTALMOLOGİYA
Ümumi Məlumat

Oftalmologiya — gözü, onun anatomiyası, fiziologiyası və xəstəliklərini öyrənən, həmçinin göz xəstəliklərinin müalicəsi və profilaktikası üsullarını işləyib hazırlayan tibb sahəsidir.

Oftalmoloq — gözləri tibbi və cərrahi üsulla müalicə edən xüsusi təhsil almış həkimdir.

Modern Hospitalda Oftalmologiya şöbəmizdə əsasən ambulator şəraitdə göz xəstəliklərinin müayinə və müalicəsi həssaslıqla aparılmaqdadır. Hazırda diaqnostika üçün ən müasir oftalmoloji avadanlıqlardan istifadə olunur.

Lazımi bütün avadanlıqlarla təchiz olunmuş şöbədə yeni doğulmuş körpələrdən tutmuş yaşlı insanlara qədər bütün pasiyentlərə xidmət göstərilir. Diaqnostika üçün ən müasir oftalmoloji avadanlıqlardan klinikada autorefaktometr, biomikroskop, linzalar, tomometr, göz dibi müayinəsi xidmətlərimiz mövcuddur.

Sualınız var?
  • Katarakta
  • Həddindən artıq göz yaşının axması (göz yaşı kanalının tıxanması)
  • Proptoz (qabarmış gözlər)
  • Tiroid göz xəstəliyi
  • Göz şişləri
  • Ptoz
  • Diabetik retinopatiya
  • Quru göz sindromu
  • Qlaukoma
  • Makula degenerasiyası
  • Retina dekolmanı
  • Endoftalmit
  • Refraksiya xətaları
  • Çəpgözlük (gözlərin düzgün düzülməməsi və ya sapması)
  • Göz travması
  • Orbital sınığı

Bölümə aid həkimlər