Qastroenteroloqgiya – bütün həzm sistemi, ağızdan başlayaraq qida borusu, mədə, nazik bağırsaq, yoğun bağırsaq, qaraciyər, öd kisəsi və öd kanalları, mədəaltı vəz xəstəliklərinin öyrənilməsi və müalicəsi ilə əlaqədar olan tibbi bölümdür. Qastroenteroloq terapevt – məhz qeyd olunan həzm sistemi xəstəliklərinin müalicəsi ilə məşğul olan ixtisas həkimləridir. Mədə-bağırsaq sistemi orqanlarında xərçəng və bənzər xəstəliklərdə, xüsusilə qaraciyər xəstəliklərində tez-tez tətbiq olunan biopsiya götürülməsi prosedurları da məhz mütəxəssiz qastroenteroloqların müşahidəsi altında tətbiq olunur.
Modern Hospital Qastroenterologiya şöbəsi qaraciyər, öd kisəsi, pankreas, yemək borusu, mədə, nazik və yoğun bağırsaq xəstəliklərinin müayinəsi, diaqnozu və müalicəsi üzrə ixtisaslaşmışdır.
Eyni zamanda ən müasir avadanlıqla təchiz olunmuş klinikamızın qastroenterologiya şöbəsi daxilində qastroskopiya və kolonoskopiya müayinə metodları mövcuddur ki, bu vasitə ilə müayinə olunan orqandakı mövcud vəziyyəti real görüntüləyərək dəqiq diaqnoz qoyulmasında əsaslı rol oynayır. Bu sadalanan müayinə üsulları pasiyentin istəyindən asılı olaraq anesteziya vəya anesteziyasız tətbiq olunur. Prosedur çox rahatdır, belə ki, ağız və ya rektal yoldan yerləşdirilən kiçik kamera başlıqlı nazik müayinə avadanlığı pasiyentin həzm sistemindəki ehtiyac duyulan yerə kimi yeridilir. Sonra isə görüntü alındıqdan sonra geri çıxarılır.
Qastroenteroloji xəstəliklərin müalicəsində bəzən cərrahi müdaxilələrə ehtiyac duyulur. Mütəxəssislər tərəfindən ən uygun müalicə üsulunun əməliyyat olmasına qərar verilərsə, bu da həkimin qərarı və pasiyentin istəyinə bağlı olaraq açıq vəya qapalı(endoskopik) üsulla ixtisaslaşmış cərrahlarımız tərəfindən icra olunur.