18 may tarixində Bakı növbəti dəfə möhtəşəm beynəlxalq tibbi elmi konfransa ev sahibliyi edib. 5ci Beynəlxalq Bariatrik Metabolik Cərrahi Konqresi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Modern Hospital, Azərbaycan Gənclər Fondu, Azərbaycan Bariatrik Metabolik Cərrahiyyə Dərnəyinin birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində baş tutmuşdur. Artıq 5-ci dəfə təşkil olunan konfransda 9 xarici ölkədən 32 beynəlxalq dərəcəli professor və mütəxəssis həkimlər iştirak edib. Ümumilikdə 7 Akademik paneldə 73 spiker Bariatrik, Dietoloji, Endokrinoloji, Psixoloji, Kardioloji, Uşaq piylənməsi, Hepatoloji sahələrdə piylənmənin təsiri mövzusunda öz bilik və təcrübələri...