Klinikanız hansı günlər və hansı saat aralığında fəaliyyət göstərir ?

Klinikamızın 24/7 fəaliyyət göstərir. Axşam saatlarında isə (17:00-09:00) aşağıdakı xidmətlər fəaliyyət göstərir:

  • Təcili yardım,
  • Pediatrik,
  • Cərrahi bölmələr(Travmatoloji, qarın boşluğu)
  • Radilogiya şöbəsi (USM, Rentgen, KT)

Hansı simptomlar uroloji problemin olduğunun xəbərçisidir ?

Tez – tez sidiyə getmə, sidiyə gedərkən sidik kanalında yanma, sidikdə qan olması, ağrılı sidiyə getmə, bel və qasıq nahiyyəsində olan ağrılar.

Köp xəstəliyinin səbəbi nədir? Müalicəsi varmı ?

Köp xəstəlik deyil, bir çox xəstəliyin əlamətidir (kardioloji, həzm sistemi xəstəlikləri, nevroloji və s.)

Şiddətli baş ağrılarım var. Bunun üçün hansı sahənin həkiminə müraciət etməliyəm ?

Nevropatoloqa

Ankoloji xəstəliklərin əsas göstəriciləri nələrdir ? Hansı hallar özümüzdən şübhələnməyə əsas verir?

Ankoloji xəstəliklər müxtəlif nahiyyələrdə, orqanlarda, bəd xassəli, xoş xassəli ola bilər. Hər zaman bəlirtiləri olmur təəssüf ki, gizli şəkildə də simptomlar olmadan inkişaf edə bilər. Xüsusilə hər hansı bir göstərici qeyd etməyimiz düzgün olmaz. Ama unutmayaq ki nəinki ankoloji, istənilən digər xəstəliklərin erkən aşkarlanıb müalicəyə tabe tutulması xəstəliklərimizdən azad olma ehtimalımızı 70-80% artırır. Bunun üçün ildə ən az 1 dəfə mütəmadi Check uplardan keçməmiz məsləhət görülür.

Ürək tutması olan insan gördükdə ilkin tibbi yardım üçün nə edək ?

Rahat vəziyyətdə oturmasını və ya uzanmasını təmin edin, boyunda şarf, qalstuk varsa bunlardan azad etməli, köynəyin üst düymələrini açaraq rahat nəfəs ala bilməsini təmin etməliyik, sonra ilk işimiz olaraq təcili yardım çağırmalıyıq. Təcili yardım gələnə kimi əgər bacarırıqsa xəstəyə süni ürək masajı etməliyik.

Aybaşı tsiklinin gecikməsi olduqda nə etməliyik ?

İlk növbədə ətraflı məlumat, xəstənin şikayətləri dinlənilir və daha sonra lazım olduqda USM müayinəsi və hormonal analizlər verilməsi məsləhət görülür.

Hamiləlik müddəti boyunca neçə dəfə USM vəya Dopplerdən keçməliyik ?

Praktik normal hamiləliyin gedişi zamanı 3-4 dəfə USM , 1 dəfə doppler müayinəsindən keçmək lazımdır.

Kök hüceyrə tətbiqini hansı bədən nahiyyələri və hansı xəstəliklərin müalicəsi üçün istifadə etmək olar ?

Kosmetaloji məqsədlərlə, yanıqlara, çapıqlara, saç tökülmələrində diabetik ayaqlarda, deformasiyaya uğramış nahiyyələrdə və s.

Xoruldamağın səbəbi nədir ? Bunun müalicəsi varmı?

Burundan başlayaraq qırtlaqa qədər hava yolunda olan maneələr vasitəsilə yaranır. Xoruldamadan daha vacib problem xoruldama zamanı nəfəsin durmasıdır ki bu hal artıq çəkiyə, yüksək qan təzyiqinə, xroniki yorğunluğa səbəb olur .

Hansı simptomlar şəkər xəstəliyinə tutulmanı göstərir? Analiz vermədən bilmək olarmı bunu?

Susuzluq, gün ərzində tez-tez sidiyə çıxma (xüsusən də gecələr), çəkidə azalma, qaşınma kimi hallar ola bilər tam dəqiq nəticə üçün analiz vermək lazımdır.

Əməliyyatlardan sonra iş üçün icazə kağızı hansı müddətlik verilir ?

1-3-6 gün  (əməliyyat növündən asılı olaraq)

izdə sırf qadınlardan ibarət tibbi kollektivi olan mərkəzləriniz və şöbəniz varmı ?

Bəli, ginekoloji, proktoloji, diabetik ayaq, damar cərrahiyyəsi mərkəzlərimiz.

Bariatrik(Mədə kiçiltmə) əməliyyatı üçün standartlar nələrdir? Əməliyyatdan neçə müddət sonra ideal nəticə əldə etmək mümkündür? Əməliyyat sonrası sürətli arıqlama, az qida qəbulu avitaminoza, saç tökülməsinə, dəri sallanmalarına səbəb ola bilərmi?

1)Bədən kütlə indeksinin 35 dən çox olması idman və dietanın effekt verməməsi və ya təkrar qısa müddətdə kökəlmə varsa  bariatrik (mədə kiçiltmə) əməliyyatı göstərişdir daha ətraflı məlumat üçün www.bariatriya.az saytına daxil ola bilərsiniz.

2)Əməliyyat olunan gündən nəticə verməyə başlanılır. Aparılan əməliyyatın növündən aslı olaraq pasiyent 10 – 18 ay arası arıqlaya bilir, 10 – 14 ayında pasiyent ortalama ,əkisinin 35 – 55 faizini arıqlaya bilir.

3) Əməliyyatdan sonrakı dövrdə dəri sallanmalarının olması pasiyentin əməliyyatdan sonrakı dövrdə qidalanması və 2 aydan etibarən idmanla məşğul olmasından aslıdır, əgər qidalanma ət yumurta orqanik proteinlər təbii qidalara önəm verirlərsə o zaman dəri sallanmaları az olur, avitaminoz az olur, saç tökülməsi olmur, olsa belə 1 ci 3 ay ərzində baş verən saç tökülmələri təbii qidalanma fonunda 6 aydan sonra bərpa oluna bilinir .

Uşaqlarda temperaturun uzun müddət 37 dərəcədən çox olması halı nəyə işarət ola bilər? Bu hal uşaq orqanizması üçün qorxuludurmu?

Uzun müddət uşaqlarda subfebrial hərarət hansısa bir infeksion xəstəliyin əlaməti ola bilər. 3 gündən artıq davam edərsə mütləq şəkildə pediatr həkimlərə müraciət olunmalıdır.

Ağzımda tez-tez acı dad hiss eləyirəm. Dilimin üstü palçıq kimi olur sanki. Bu nəyin əlamətidir ?

Həzm sistemi xəstəliklərinin əlaməti ola bilər (qara ciyər, öd kisəsi, mədə bağırsaq xəstəlikləri)

Klinikanızda Covid-19 test analizləri götürülürmü? Əgər götürülürsə bu test cavabı ilə xarici ölkələrə səfər etmək mümkündürmü ?

1)Bəli götürülür

2)Bu test cavabı ilə xarici ölkələrə səfər etmək mümkündür

Diabetik Ayaq Mərkəzində hər cür ayaq yaralarının baxımı olurmu? Yoxsa sadəcə şəkər xəstəliyi səbəbindən yaranan ayaq yaraları olanlar müraciət edə bilər ?

Diabetik ayaq mərkəzində bütün növ xroniki yaralara baxılır və müalicə olunur. Əsas üstünlüyümüz pasiyentlərin yaralarına diaqnozun bir həkimin deyil,  multidisiplinar olaraq: həm damar cərrahı, həm travmatoloq, həm dermatoloq, həm infeksionist peşəkarlarımızın bərabər rəyi əsasında qoyulmasıdır.

Sizdə Check-up paketləri varmı? Ümumiyyətlə ildə 1 dəfə ümumi check updan keçmək yetərlidirmi ?

1) Bəli saytımızda Check Up bölümündən tanış ola bilərsiz.

2)Bəli yetərlidir, ama ailədə, yaxın qohumlarda irsi xəstəliklər varsa və özəlliklə yaşınız 40dan çoxdursa ildə ən az 2 dəfə yoxlanmanız məsləhətdir.

Şüa dianostika və radioloji aparatlarının (məs: rentgen, KT, USM, MRT, EXO və s.) sağlamlığa zərəri varmı? Özəlliklə hamilə qadınlar və uşaqlar üçün bu müayinə metodlarından istifadə hansı fəsadlarla nəticələnə bilər ?

1) Şüa diaqnostika və radioloji aparatlardan KT və rentgendə şüalanma müəyyən nisbətdə var

2) Hamilə qadınlarda ana bətnində olan uşağın inkişafına təsir edə bilər. Bu baxımdan xüsusi bir hal olmadığı müddətcə, KT və Rentgen müayinəsi hamilələr üçün uygun hesab edilmir.

Evdə tibbi xidmət göstərirsinizmi? Əgər varsa bu xidmətiniz, hansı analizləri və müayinələri evdə edə bilirsiniz? Məlumat verərdiniz.

Bəli edilir, bəzi insturmental müayinələr, həkim baxışı və labarator analizlər üçün evlərə xidmət göstərilir.

Təcili tibbi yardım xidmətiniz Bakı kəndləri və ölkə daxili bütün rayonlara xidmət göstərirmi ?

Bəli, hazırda 7/24 bütün bölgələrə ambulans xidmətimiz mövcuddur.

Şirkətimizin işçilərini davamlı olaraq check uplardan keçirmək istəyirik. B to B xidmətlərinizdə güzəştlər varmı? Həmçinin ehtiyac olduğu təqdirdə bəzi müayinə və analizləri klinikaya gəlmədən əməkdaşlarınız yerindəcə götürə bilərmi ?

Bəli müqavilə imzalandıqdan sonra güzəştli xidmət,  bəzi müayinə və analizlərin yerindəcə götürülmə xidmətini göstərə bilərik.

Yemək nə qədər yesəm də kökəlmirəm. Bu metabolizmanın yaxşı olması deməkdir? Yoxsa hər hansı bir xəstəliyin göstəricisidir ?

Xüsusi biyokimyəvi analizlər yoxlanılmadan bu kimi hallar dəyərləndirilməməlidir(genetik faktor da ola bilər)  .

Davamlı halsızlıq, yuxusuzluq, yorğunluğun olması səbəbi nə ola bilər ?

Anamnez (şikayətlər) toplanmalıdır. Dərin stress və uzun müddətli qan azlıqı da adı çəkilən şikayətlərə səbəb ola bilər.