Haqqımızda

Özəl tibbi xidmət sektorundakı müvəffəqiyyətləri, üstün keyfiyyətdə, pasiyent məmnuniyyətində öz layiqli yerini tutmuş, əsası 2008-ci ilin Noyabr ayında qoyulan Modern Hospital, artıq illərdir müvəffəqiyyətlə insanların sağlamlığının keşiyində durmaqdadır.

Müasir tibbi avadanlıqlarla təchiz olunmuş klinikamızda yüksək ixtisaslı həkimlərin tətbiq etdikləri dünya protokollarına uygun son müalicə metodikaları ilə hər il on minlərlə pasiyent öz sağlamlığına qovuşur.

Klinikada bir çox sahələr üzrə cərrahi əməliyyatlar icra olunur. Qeyd edək ki, bütün əməliyyatlar Avropa və Amerika cərrahlar assossiasiyalarının qəbul etdiyi protokollar əsasında həyata keçirilir.

Modern Hospital Türkiyənin və Avropanın bir çox ölkələrində fəaliyyətdə olan qabaqcıl klinikalar ilə əməkdaşlıq edir. Klinikada olan bütün diaqnostik tibbi avadanlıqlar ən yüksək standartlara cavab verir və əsasən bu sahədə tanınmış Yaponiya, ABŞ, Almaniya, İtaliya şirkətlərinin istehsalıdır.

Əhaliyə sağlam yaşam üçün qapılarını açan Modern Hospital 6 mərtəbə olmaqla ümumi 3000 m2  sahəyə malik  olub hər yaş təbəqəsinə xidmət göstərən sağlamlıq mərkəzidir. Klinikamız 32 yataqlı cərrahi stasionar, tam təminatlı reanimasiya şöbəsi, 4 əməliyyatxana bloku, bütün poliklinik şöbələri özündə birləşdirərək həftənin 7 günü, 24 saat boyunca xidmətinizdədir. Klinikamızda həm təcili, həm də planlı cərrahi əməliyyatlar icra olunur.