Sidik kanalı prostatın içərisindən keçdiyindən, vəzinin böyüməsi zamanı yaşı 50 çatmış kişılərin

çoxunda, sidik buraxmada çətinləşmə, sidik kisəsini natamam boşaltma hissiyatı və sidik şirnağının

zəifləməsi şikayətləri əmələ gəlir. Bu şikayətlər yaşı 60 çatmış kişilərin 50% də, 80 yaşı olanların isə 80% də

rast gəlinə bilər.

RİSK FAKTORLAR

– Yaş faktoru ( yaşın > 50 olması)

– İrsi faktor (yaxın ailə üzvlərində prostat vəzinin böyüməsi olması)

– Metabolik sindrom (məsələn, şəkərli diabet, piylənmə)

– Sidik cinsiyyət yollarında keçirilən iltihabı xəstəliklər

ƏSƏS ŞİKAYƏTLƏR

– Sidikburaxmadan sonra sidik kisəsini natamam boşaltmaq

– Axırıncı sidikburaxmadan sonra tez müddətdə sidiyə getmək

– Sidiyə getmək üçün gecələr yataqdan qalxmaq

– Kəsik-kəsik sidik buraxma

– Sidikburaxmanı müvəqqəti olaraq saxlama çətinliyi

– Zəif sidik şirnağı

– Sidik buraxmaq üçün gücənmə

XƏSTƏNİN MÜAYİNƏSİ

– Xəstənin şikayətləri və əvvəlki müalicəsi haqqında tam məlumat

– Prostat vəzi şikayətlərinin beynəlxalq cədvəl sistemi ilə qiymətləndirilməsi (İPSS)

– Xəstənin fiziki müayinəsi (prostatın barmaq ilə müayinəsi daxil olmalıdır)

– Sidiyin ümumi analizi, əkilməsi və böyrəklərin funksiyasını yoxlayan qan analizi (kreatinin)

– Prostat Spesifik Antigenin (PSA) yoxlanması prostatın böyüməsinin xoşxassəli və ya bədxassəli

olduğunu göstərir

– Uroflometriya və sidik cinsiyyıt sistemi orqanların ultrasəs müayinəsi (qalıq sidik yoxlanılmalı)

MÜALİCƏ NÖVLƏRİ

Müalicənin əsas məqsədi prostatın böyüməsi ilə əlaqədar şikayətlərin azalması, ağırlaşmaların

qarşısını almaq və bununla həyatın keyfiyyətini yaxşılaşdırmaqdır.

Prostatı az böyümüş və şıkayətləri nisbətən az narahat edən xəstələr uroloqun nəzarəti altında

olmalıdır. Prostatın böyüməsinə təsir edən risk faktorlar (şəkərli diabet, piylənmə, iltihabı xəstəliklər və sairə)

aşkarlanmalı və müalicə olunmalıdırlar.

Prostatın böyüməsinin dərman müalicəsi müasir urologiyada çox inkişaf edərək bu xəstəlik ilə

müraciət edən xəstələrin demək olar ki 60% qədərini müalicə edir.

Dərman müalicəsi əsasən aşağıdakı preparatlar ilə olunur

 α adrenoblokatorlar

 5 α reduktaz inhibitorlar

 α adrenoblokatorlar və 5 α reduktaz inhibitorlar birgə təyini

 bitki mənşəli preparatlar

CƏRRAHİ MÜALİCƏ (TRANSURETRAL PROSTAT REZEKSİYASI – TUR ƏMƏLİYYATI)

Prostat əməliyyatlarının 90% qədəri qapalı endoskopik yol ilə olunur. Dünyada qızıl qayda qəbul

olunan prostat vəzinin transuretral rezeksiyası – TUR əməliyyatı çəkisi 70-80 qrama qədər olan prostatlar

üçün nəzərdə tutulmuşdur.

Əməliyyatın əsas prinsipi dəri üzərində heç bir kəsik aparmadan sidik kanalından endoskopu

(içərisindən yüksək tezlikli elektrik enerjisi keçən xüsusi cihaz) prostata qədər yeridərək, vəzinin böyümüş,

sidik kanalını sixan və beləliklə çətinləşmiş sidik ifrazı yaradan hissəsini kiçik parçalarla kəsib götürməkdir.

Bu əməliyyatda anesteziya (narkoz) adətən spinal və ya epidural (beldən sinirləri keyləşdirən dərman

vurmaqla) tətbiq olunur və ümumi anesteziyaya çox nadir hallarda ehtiyac olur.

Əməliyyatın sonunda kəsilib götürülmüş prostat parçaları sidik kisəsindən xüsusi məhlul ilə yuyulub

çıxarılır və xəstəyə 2-3 gün ərzində sidik kateteri qoyulur. 3 günün sonunda kateter çıxarılır və normal sidik

ifrazı bərpa olunur.

40 yaşından sonra kişılərdə alkohol və siqaret çəkmə, cinsi yolla keçən sidik yolları xroniki

iltihabı xəstəlikləri, artıq çəki və oturaq həyat tərzi, istehsalatda bəzi kimyavı maddələrlə təmas

PROSTAT VƏZININ ŞİŞLƏRİNƏ səbəb ola bilər.

YADDA SAXLAYIN! PROSTAT VƏZİNİN ŞİŞLƏRİ ERKƏN AŞKAR OLUNDUQDA TAM

MÜLİCƏ OLUNUR.

 

Uzm.Dr.Elmir Əliyev