Bakı, 26 dekabr, AZƏRTAC AZƏRTAC xəbər verir ki, “Hilton Baku” hotelində Modern Hospital tərəfindən təşkil olunan “Biz yaşamağa başladıq” adlı sosial informativ konfrans keçirilib. Konfransda piylənmədən əziyyət çəkən və Modern Hospitalda öz sağlamlıqlarına qovuşan pasiyentlər də iştirak ediblər. Modern Hospitalın baş həkimi, klinikanın Sağlam Arıqlama Mərkəzinin rəhbəri, Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının sədri Taryel Ömərovun piylənmənin səbəbləri və artıq çəkinin yaratdığı fəsadlara dair məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Baş həkim bildirib ki, müasir dövrdə ən çox gündəmdə olan əməliyyatlardan biri bariatrik metabolik əməliyyatlardır....