Azərbaycanda son illər şəkərli diabetin profilaktikası və bu xəstəlikdən əziyyət çəkən insanların müalicəsi istiqamətində mühüm tədbirlər görülür. Bu istiqamətdə atılan addımlardan biri də "Modern Hospital" tərəfindən təşkil edilən “Diabetik ayaq günü” adlı elmi-praktiki konfransıdır. “Bugünkü konfransın əsas məğzi Türkiyədə bu istiqamətdə mövcud olan qırx illik təcrübənin Azərbaycanda bölüşülməsi və bu təcrübədən bizi dinləməyə gələn həkimlərimizin, bu işlə məşğul olan peşəkar insanlarımızın da yararlanmasıdır. Bugünkü konfransımızda iştirak etmək üçün 400-dən artıq insan qeydiyyatdan keçib. Bu da o deməkdir ki, konfransımıza həddindən çox...