Bakı, 26 dekabr, AZƏRTAC AZƏRTAC xəbər verir ki, “Hilton Baku” hotelində Modern Hospital tərəfindən təşkil olunan “Biz yaşamağa başladıq” adlı sosial informativ konfrans keçirilib. Konfransda piylənmədən əziyyət çəkən və Modern Hospitalda öz sağlamlıqlarına qovuşan pasiyentlər də iştirak ediblər. Modern Hospitalın baş həkimi, klinikanın Sağlam Arıqlama Mərkəzinin rəhbəri, Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının sədri Taryel Ömərovun piylənmənin səbəbləri və artıq çəkinin yaratdığı fəsadlara dair məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Baş həkim bildirib ki, müasir dövrdə ən çox gündəmdə olan əməliyyatlardan biri bariatrik metabolik əməliyyatlardır....

Bakı, 25 dekabr, AZƏRTAC Hazırda insanlar arasında yayılmış varikozun dünya praktikasında, eləcə də ölkəmizdə tətbiq olunan müxtəlif müalicə üsulları var. Ümumiyyətlə varikoz xəstəliyinə uzun müddət ayaq üstə olan və ya çox qısa zaman ərzində həddindən artıq kilo alan insanlarda daha çox rast gəlmək olar. Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Modern Hospitalın damar cərrahiyyəsi şöbəsinin rəhbəri Uzman həkim Arzu Məmmədov bildirib. Problemin əsas şikayətləri aşağı ətraflarda olan ağrılar, qıcolmalar, gün ərzində, xüsusilə axşamlar daha çox narahat edən ayaqlarda olan şişkinliklər, bundan əlavə estetik görünüşə mənfi təsir...

Bakı, 5 fevral, AZƏRTAC Bakıda “Regenerativ hüceyrələrin təbabətin müxtəlif sahələrində tətbiqinə multidissiplinar yanaşma. Gənclik və özünübərpa prosesinin sirri” mövzusunda konfrans keçirilib. Tədbir Modern Hospitalın nəzdində fəaliyyət göstərən regenerativ təbabət bölməsinin təşkilatçılığı ilə baş tutub. AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Modern Hospitalın baş həkimi, klinikanın “Sağlam Arıqlama Mərkəzinin” rəhbəri, Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının sədri Taryel Ömərov konfransın mahiyyətindən danışıb: “Tədbirimizin ulu öndər Heydər Əliyevin təsis etdiyi Gənclər Günü ərəfəsində keçirilməsi təsadüf deyil. Artıq bildiyiniz kimi konfransımızın əsas mövzusu gənclik və gəncləşmədir....

“Modern Group” tərkibinə daxil olan və tibb sahəsində mühüm işlər görən “Medicenter” MMC və “Modern Hospital MMC” olaraq, sentyabrın 27-sindən başlayan Vətən müharibəsinin Allahın izni, Ali Baş Komandanın əmri, ordumuzun şücaəti, şəhidlərimizin qanı ilə 8 Noyabrı tarixin səhifələrinə şanlı hərflərlə “Zəfər Günü” kimi yazdıraraq müharibənin lehimizə tamamlanması münasibətilə şəhid analarının əllərindən öpür, xalqımızı və bütün türk dünyasını könüldən təbrik edirik! 2-ci Qarabağ müharibəsi gedişatında istər ön cəbhədə ordumuzun əvəzolunmaz və danılmaz zəhməti, istərsə də arxa cəbhədə həm şirkətlər, həm vətəndaşlar, uşaqdan...