Bakıda Modern Hospitalın təşkilatçılığı ilə “II Diabetik Pəncə Günü” konfransı keçirilib. Konfransda həkimlər, travmatoloq, kardioxirurq, endokrinoloqlarla yanaşı, Türkiyənin tanınmış professorları Müzəffər Altındaş və Tamer Tetiker də iştirak edib. “Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən “Modern Hospital”ın “Diabetik Ayaq Mərkəzi”nin rəhbəri, həkim-endokrinoloq Gülay Məmmədova diabetik ayaq sindromu ilə bağlı artıq ikinci dəfədir ki, konfrans keçirildiyini söyləyib. O, konfransın tibb işçilərinin gələcək fəaliyyətində çox faydalı olacağını, belə elmi-maarifləndirici tədbirlərin şəkər xəstəliyinin erkən mərhələdə aşkarlanmasına, vaxtında müalicə aparılmasına və amputasiyaların qarşısının alınmasına səbəb ola...

“Mən Yaşamağa Başladım” layihəsi qəhramanlarının iştirakı ilə sosial tədbir keçirildi. “Qafqazinfo” xəbər verir ki, ötən gün Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Cəmiyyəti, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazilriyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon şöbəsi, Binəqədi Rayon İcra Hakimiyyəti ilə birlikdə  “Mən yaşamağa başladım” layihəsinin davamı olaraq sosyal layihə keçirilib. Belə ki, təyin olunmuş ərazidə “Mən yaşamağa başladım” layihəsinin iştirakçısı olan hər bir pasiyent öz sağlamlığının simvolu olaraq yeni bir agac əkib. Layihənin davamı olaraq artıq 500-cü əməliyyatın  tamamı olaraq “hərəyə bir agac əkək” devizi...

Modern Group tərkibinə daxil olan və tibb sahəsində mühim işlər görən Medicenter MMC və Modern Hospital MMC olaraq, sentyabrın 27-sindən başlayan vətən müharibəsinin Allahın izni, Ali Baş Komandanın əmri, ordumuzun şücaəti, şəhidlərimizin qanı ilə “8 noyabr”ı tarixin səhifələrinə şanlı hərflərlə “Qələbə Günü” kimi yazdıraraq müharibənin lehimizə tamamlanması münasibətilə şəhid analarının əllərindən öpür, xalqımızı və bütün türk dünyasını könüldən təbrik edirik! 2-ci Qarabağ müharibəsi gedişatında istər ön cəbhədə ordumuzun əvəzolunmaz və danılmaz zəhməti, istərsə də arxa cəbhədə həm şirkətlər , həm vətəndaşlar,...