Bakı. Trend: Medcenter və Modern Hospital cəbhə bölgəsinə səfərbər olunub "Modern" Şirkətlər Qrupuna daxil olan "Medcenter" və "Modern Hospital" öz həkim briqadası və maddi-texniki bazası ilə könüllü olaraq cəbhə bölgəsinə səfərbər olunub. Trend xəbər verir ki, "Modern Hospital"ın cərrah, travmatoloq və təcilli tibbi yardım həkimləri düşmən təxribatı nəticəsində yaralanan əsgər və vətəndaşlarımıza tibbi dəstək göstərirlər. Bununla yanaşı, "Medcenter" şirkəti müalicə məqsədləri üçün 50 min manat məbləğində travmatoloji implant və alətləri təmənnasız olaraq bağışlayıb. Qeyd edək ki, "Modern Hospital" 2008-ci ildə Bakıda fəaliyyətə başlamış, müasir avadanlıqlarla...