Hazırda insanlar arasında yayılmış olan varikozun dünya praktikasında, eləcə də ölkəmizdə tətbiq olunan müxtəlif müalicə üsulları var. Ümumiyyətlə varikoz xəstəliyinə uzun müddət ayaq üstə olan və ya çox qısa zaman ərzində həddindən artıq kilo alan insanlarda daha çox rast gəlmək olar.

Problemin əsas şikayətləri aşağı ətraflarda olan ağrılar, qıcolmalar, gün ərzində, xüsusilə axşamlar daha çox narahat edən ayaqlarda olan şişkinliklər, bundan əlavə estetik görünüşə mənfi təsir göstərən damarların genişlənməsi, göyərməsi və sərtləşməsidir.

Artıq uzun müddətdir ki, problemin aradan qaldırılması üçün lazer və ya radiofrekans müalicə üsulundan istifadə edilir. Bu üsul açıq əməliyyatdan daha üstündür. Dünya praktikasında təxmini 10 ilə yaxındır ki, müalicələrin bu üsullarla aparılması davam etdirilir. Belə ki, digər müalicələrə nisbətən lazer və ya radiofrekans üsullarının istər pasiyentin komfortu, istərsə də estetik baxımdan çoxlu sayda üstünlükləri var.

Bundan əlavə bu son üç il ərzində Avropa ölkələrində, eləcə də Türkiyədə tətbiqi sürətlə yayılan, tamamilə anesteziyasız bioyapışdırıcı–venaqlu və ya xalq dilində biokley üsulu ilə müalicə üsulu da sürətlə yayılmaqdadır. Bu üsulun ən başlıca üstünlüyü pasiyenti əməliyyatxanaya aparmadan poliklinik şəkildə tədbiq olunması ilə problemin aradan qaldırılmasıdır.

Lazer və radiofrekans üsullarının tətbiqi zamanı səthi damar ətrafına bir litrə yaxın yerli keyidicidən istifadə olunurdu. Damarın içinə yerləşdirilən kateter vasitəsilə damar yandırılır. Bu üsulun texniki baxımdan qüsursuz olmasına baxmayaraq xəstə yanmış damarın əriməsini bir aya yaxın hiss edir və diskomfort hissi verir. Bu səbəbdən əməliyyatdan sonra pasiyentlər dəfələrlə həkimə gələrək uzun müddət antibiotik və qan sulandırıcı dərmanlardan istifadə eləmək məcburiyyətində olurlar.

Biokley üsulu əsnasında səthi damarın içinə daxil olunaraq orqanik və insanın bədəninə heç bir zərər vərməyən yapışdırıcı ilə damarın divarları yapışdırılır. Bununla daha əvvəl mövcud olan səthi venoz damarda geri axını ləğv edir və şikayət aradan qaldırılır. Xüsusilə bu prosedur zamanı digər üsullarda olduğu kimi lokal anesteziya tətbiq olunmur ki, bu da ayağın şiş qalmaması baxımından daha üstündür. Təxminən son iki ildə Türkiyədə müşahidə edilən tendensiyada lazer və radiofrekans arxa plana çəkilərək, istər özəl, istərsə də universitet xəstəxanalarında bu müasir və çox asan üsula üstünlük verilir. Bunun bir sıra səbəbləri var:

1. Prosedur 3 dəqiqə çəkir.

2. Prosedur tamamilə anesteziyasız tətbiq olunur.

3. Prosedur əsnasında dəri altına 1 litrə yaxın anestetik maye vurulmur.

4. Pasiyent damarın əriməsini və sovrulmasını gözləmək məcburiyyətində qalmır.

5. Bioyapışdırıcı orqanik olduğu üçün xəstə antibiotik istifadə etmək məcburiyyətində qalmır.

6. Prosedur bitdiyi anda xəstə gündəlik həyatına qayıda bilər .

7. Ən əhəmiyyətlisi isə varikoz corabı geyinmək məcburiyyətində qalmır.

Onu da qeyd edək ki, bu prosedurun asan olmasına baxmayaraq işin ciddi peşəkar komanda ilə görülməsini tələb edir.

Nəhayət ki, Azərbaycanda da bu əməliyyatlar icra olunmağa başlanması sevindirici bir haldır.

Modern Hospitalın damar cərrahiyyəsi bölümündə çox əhəmiyyətli və uğurlu sayılan bu yenilik müvəffəqiyyətlə icra olunmağa başlayıb.

Əməliyyatlar ürək-damar cərrahı Uzman doktor Arzu Məmmədov və Op.Dr Vüsalə Babayeva tərəfindən uğurla icra olunur.